26 İyul 2017 12:27
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp İran 3 aydan sonra nüvə razılaşmasını yerinə yetirməyə davam etsə, təəccüblənəcəyini bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı ABŞ-ın Ohayo ştatında çıxışı zamanı danışıb.

Trampın sözlərinə görə, ABŞ İranın nüvə sazişini yerinə yetirməsi ilə bağlı araşdırmalara başlayıb:

"Biz onlarla xoş davranmışıq. Bütün qərarları onların xeyrinə çıxarmışıq. Ancaq biz araşdırmalara başlamışıq. Məndən asılı olsaydı, bəyan edərdim ki, ötən 3 ayda onlar razılaşmaya əməl etməyiblər".

Tramp əlavə edib ki, əgər Tehran razılaşmaya əməl etməsə, İranın çox ciddi problemləri olacaq: "Mən buna zəmanət verirəm".

Qeyd edək ki, İran ilə "altılıq" ölkələri arasında razılaşma 2015-ci ilin iyulun 14-də imzalanıb.


Müəllif: Samir