9 Avqust 2017 14:44
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani avqustun 9-da ayrı-ayrı sərəncamlar imzalayaraq, 3 qadını prezidentin müavini və köməkçisi vəzifələrinə təyin edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Həsən Ruhaninin ilk sərəncamı ilə onun əvvəlki hökumətində Ətraf Mühit Təşkilatının rəisi vəzifəsində işləmiş Məsumə Ebtikar prezidentin qadınlar və ailə məsələləri üzrə müavini postunu tutub.

Ruhaninin digər sərəncamı ilə vəkil və universitet müəllimi Ləəya Cüneydiyə prezidentin hüquqi məsələlər üzrə müavini vəzifəsi həvalə olunub.

Ruhaninin 3-cü sərəncamı ilə Şəhindoxt Mövlaverdi prezidentin vətəndaş hüquqları üzrə köməkçisi vəzifəsinə təyin edilib. Mövlaverdi keçmiş hökumətdə İran prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini postunda çalışıb.

Həsən Ruhani avqustun 8-də yeni hökumətdə nazir postlarına təklif etdiyi şəxslərin siyahısını parlamentə göndərmişdi. Siyahıda qadınlara yer ayrılmaması narazılıqla qarşılanmışdı.


Müəllif: Samir