9 Avqust 2017 20:56
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələlik Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyanla İlham Əliyev arasında görüş barədə hər hansı konkret informasiya yoxdur.

Teleqraf.com erməni KİV-nə istinadla xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sentyabrda Nyu Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü olacaq.

Edvard Nalbandyan qeyd edib ki, görüşün gündəliyində duran vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin irəliləyişi üçün atmosferin yaradılmasıdır: “Velosipedi yenidən ixtira etmək lazım deyil, onun olduğu müzakirə edilir. Danışıqlara alternativ yoxdur”.


Müəllif: Nərgiz