10 Avqust 12:12

Rusiya Prezidenti Vladimir Putinin Abxaziyaya səfəri ABŞ tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Hezer Nauert danışıb.

Onun sözlərinə görə, Moskva Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməlidir:

“Putinin Abxaziyaya səfəri Cenevrə müzakirələrinə, Cənubi Qafqazdakı təhlükəsizliyə və sabitliyə zərbədir. Vaşinqton bu səfəri yersiz hesab edir. ABŞ Gürcütsanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Xatırladaq ki, Vladimir Putin avqustun 8-də Abxaziyaya səfər edib.


Müəllif: Samir