11 Avqust 2017 16:36
3 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lütfi Zadənin elm qarşısında xidmətlərini etiraf etsəm də, şəxsən mənim nəzərimdə dünyanın dadını bilmədən torpaqlarımız üçün şəhid olan 18 yaşlı bir gənc Azərbaycan haqqında 80 yaşında biz xahiş-minnət eləyəndən sonra danışan rəhmətlikdən daha böyük azərbaycanlıdır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyev sosial şəbəkədə Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin Azərbaycanda dəfn olunmaqla bağlı vəsiyyətinə münasibət bildirərkən qeyd edib:

“Qoqol demişkən, Aleksandr Makedonski qəhrəmandır, daha stulu niyə qırırsan? Lütfi Zadəyə “böyük azərbaycanlı” deyənlər, görəsən, Mirzə Cəlili, Üzeyir bəyi, Cavidi, Məhəmməd Əmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu, bütün həyatlarını təmənnasız olaraq Azərbaycana vermiş onlarla digər görkəmli şəxsiyyətlərimizi hansı “polkaya” qoyurlar?”.


Müəllif: Nərgiz