15 Avqust 2017 01:48
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhaniyə zəng edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər energetika və nəqliyyat sahələri başda olmaqla ortaq layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Prezidentlər neft, qaz və energetika sahələri də daxil olmaqla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələsini müzakirə ediblər.


Müəllif: Teleqraf.com