15 Avqust 2017 13:20
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində düşmən ölkənin əsgəri aldığı güllə yarasından həlak olub. Bu gün isə bəzi Azərbaycan saytları həmin əsgərin şəklini verməklə yanaşı sızıltı ilə onun ailənin tək oğlu olduğunu da vurğulayıblar. Düşmən əsgərinin şəklini verməkdə və onun ailə vəziyyətini yazmaqda məqsəd nədən ibarətdir?

Teleqraf.com xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə sosial şəbəkədə yazaraq mediaya çağırış edib.

Deputatın sözlərinə görə, həmin əsgər düşməndir və torpağımızda işğalı mənim davam etdirməkdən ötrü gəlib: “O, hər an Azərbaycan əsgərini öldürməyə hazır olub, dövlətinin ondan istifadə etməsindən xəbərdardır. İndi biz ona göz yaşımı tökməliyik? Onun ailəsi ilə ürəyimizdən qara qanlarmı axmalıdır ? Onun düşmən əsgəri olmasını niyə yaddan çıxarırıq?”

Aydın Mirzəzadə qeyd edib ki, düşmən əsgərinin itkisinə ürək yanğısı ilə yanaşmaq, onun şəklini və tərcümeyi-halının xırdalıqlarını təqdim etmək heç də hərbi-vətənpərvərlik hissinin təbliğinə yardım etmir: “Bu, sabahkı gənc əsgərlərdə düşmənə nifrət hissini formalaşdırmır, onun cəbhə xəttində mətin qulluğuna kömək etmir”.


Müəllif: Nərgiz