15 Avqust 2017 17:23
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici siyasət idarəsinin başçısı Sergey Lavrov Çin Xalq Respublikasından olan həmkarı ilə Koreya yarımadası ətrafında yaranmış vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, nazirlərin telefon danışığı barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çinin Xarici İşlər naziri Van İ ABŞ və Şimali Koreyanın provokasiyanı mütləq dayandırmalı olduqlarını bildirib. O qeyd edib ki, Koreya yarımadasındakı “Avqust böhranı”nın qarşısını bu yolla almaq olar.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin regionda vəziyyəti gərginləşdirdiyini deyib. Onun sözlərinə görə, əgər ABŞ və Cənubi Koreya tezliklə birgə hərbi təlimlərə başlasalar, regionda vəziyyət daha da gərginləşəcək.


Müəllif: Səxavət