16 Avqust 2017 19:38
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen İnin Quam rayonuna ballistik raketlər endirməməklə bağlı “müdrik qərarı”nı təqdir edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Tvitterdəki mikrobloqunda yazıb:

“Şimali Koreyadan olan Kim Çen İn çox müdrik və əsaslı qərar qəbul etdi. Bunun alternativi fəlakətli və qəbuledilməz olardı”.

Qeyd edək ki, Kim Çen İn ABŞ-ın Sakit okeanda yerləşən Quam adasındakı “Andersen” avibazasına və “Apra-Xarborn” hərbi-dəniz bazasına zərbələr endirəcəyini bəyan etmişdi.


Müəllif: Səxavət