18 Avqust 2017 11:37
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenko Krıma yeni rəhbər təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla Boris Babin Ukrayna Prezidentinin Krım Muxtar Respublikasında daimi nümayəndəsi təyin edilib. Əvvəllər bu vəzifəni Natalya Popoviç tutub.

Bu ilinin iyununda Ukrayna Konstitusiyasında dəyişiklik edilib və Krıma muxtar respublika statusu verilib. 2014-cü ilin martında isə Krım referendumla Rusiyanın tərkibinə daxil olub.

Ukrayna Krımı Rusiya tərəfindən işğal olunmuş ərazisi sayır.


Müəllif: Mahir