18 Avqust 2017 17:29
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada yaşayan azərbaycanlılar Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini “Krakoves” buraxılış məntəqəsində qarşılayacaq.

Bu haqda Teleqraf.com-a Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 10-da Ukraynaya qayıdacağını bəyan edən Saakaşvilini təntənə ilə qarşılayanlar içərisində azərbaycanlılar da olacaq: “Mən və üzvlərimiz Saakaşvili ilə sərhəddə görüşəcəyik”.

Qeyd edək ki, Mixail Saakaşvili özünün Feysbuk səhifəsində sentyabrın 10-da Ukraynaya qayıtmaq niyyətində olduğunu bəyan edib: “Sentyabrın 10-da Polşa ərazisindən Ukraynaya qayıdacam. Xahiş edirəm Ukrayna hökuməti bundan sirk qurmasın”.

M.Saakaşvili iyulun 26-da Prezident P.Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum edilib. Hazırda M.Saakaşvili Avropa İttifaqı ölkələrində səyahət edir. Polşa, Litva və Macarıstanda olan sabiq qubernator dəfələrlə Ukraynaya dönəcəyini vurğulayıb. Gürcüstanın keçmiş prezidentinin sözlərinə görə, o, həmin ölkələrə Ukrayna pasportu ilə gedir.


Müəllif: Nərgiz