19 Avqust 2017 09:10
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı kralının sarayında ölüm hadisəsi hətta təbii səbəbdən baş verəndə də hakimiyyət davasının nəticəsi kimi müxtəlif iddialara səbəb olur. Son bir ayda iki şahzadənin ölümü ilə kral sarayında hansı müəmmanın baş verdiyini heç kəs bilə bilməz. Gərək mütəxəssislər müayinə aparıb dəqiq diaqnoz desin.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Səudiyyə Ərəbistanında kral ailəsinin ölüm səbəbi açıqlanmayan üzvlərinin vəfatı ilə sarayda müəmmalı hadisələrin olduğuna dair məlumatlara aydınlıq gətirərkən deyib.

Onun fikrincə, Səudiyyə Əərbistanın özündə də kimsə hansı proseslərin getdiyini bilmir: “Ola bilsin təkcə kralın yaxın ətrafı nədənsə xəbərdar olsun. Ümumilikdə Səudiyyə Krallığı son zamanlar böyük hakimiyyət böhranı ilə üzləşib. Dünyanın ən zəngin ölkələrindən biridir və qeyri-sabit siyasi sistemi var. Bu siyasi sistem zəmanət vermir ki, ölkə sabit qalacaq. Ölüm, sui-qəsd kimi fərziyyələr çox səslənir. Məsələn, qonşu Qətər krallığında oğul atanı hakimiyyətdən kənarlaşdırdı. Mən Qətərə gedəndə hakimiyyətdə sapsağlam ata idi, amma oğlu əl Tani onun yerinə gəlib hakimiyyətdən uzaqlaşdırdı. Sabit demokratik ölkələrdə belə kiminsə kiminsə zəhərlənib öldürüldüyü kimi fərziyyələr irəli sürür. ABŞ-da Con Kennedi sui-qəsd nəticəsində öldürüldü. Malalayıb dedilər bir adam gəldi, möcüzə baş verdi və vuruldu. Şəxsən mən bu nağıla inanmıram. Hakimiyyət və böyük sərvət həmişə sui-qəsd üçün yol açır”.

Qeyd edək ki, dünən Səudiyyə kral ailəsinin daha bir üzvü şahzadə Bəndər bin Fad bin Səəd bin Əbdülrəhman əl-Səudun ölüm xəbəri yayılmışdı. Avqustun 8-də isə Səudiyyə Ərəbistanı Krallığı 26 yaşlı şahzadə Salman bin Abdulla bin Turki əl-Səudun öldüyü xəbərini mediaya ötürmüşdü. Hər iki şahzadənin ölüm səbəbi açıqlanmayıb.


Müəllif: Nərgiz