18 Avqust 2017 21:08
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada yaşayan türk əsilli vətəndaşları qarşıdakı seçkidə hazırkı kansler Angela Merkelin başçılıq etdiyi Xristian-Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalar alyansına və Martin Şultsun rəhbərlik etdiyi Sosial-Demokrat Partiyasına səs verməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan deyib: “Hal-hazırda Sosial-Demokrat Partiyası və Xristian-Demokrat İttifaqı deyirlər ki, “Əgər biz Türkiyəni tənqid etsək, çoxlu səs ala bilərik”. Mən isə Almaniyada yaşayan həmvətənlərimə deyirəm ki, bu partiyaları heç vaxt dəstəkləməyin. Xristian-Demokrat İttifaqını, Sosial-Demokrat Partiyasını və “Yaşıllar”ı dəstəkləməyin. Onlar hamısı Türkiyənin düşmənidir”.

Qeyd edək ki, sentyabrın 24-də Almaniya Bundestaqına seçkilər keçiriləcək.


Müəllif: Səxavət