19 Avqust 2017 18:08
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan fəal beynəlxalq əməkdaşlıq siyasəti həyata keçirir və işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə xoş münasibətlər qurub.

Teleqraf.com-un məlumatına görə, bunu AŞ PA-nın komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

O bildirib ki, Azərbaycan Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun sülh, əməkdaşlıq, tərəqqi məkanına çevrilməsinə böyük səy göstərir: “Rəsmi Bakı regional müstəvidə olduğu kimi, beynəlxalq miqyasda cərəyan edən proseslərə də öz müsbət təsirini göstərməyə çalışır. Ölkəmiz qlobal miqyasda sülhyaratma missiyalarında, terrorizmə qarşı birgə mübarizə tədbirlərində fəal iştirak edir, eyni zamanda, mütəmadi olaraq ölkələr arasında etimad, qarşılıqlı hörmət mühitinin möhkəmlənməsinə töhfə verən yeni təşəbbüslər irəli sürür.

Dünyanın əksər dövlətləri ilə diplomatik münasibətlərimiz, iqtisadi-ticarət əlaqələrimiz yüksələn xətlə inkişaf edir”.


Müəllif: Səxavət HƏMİD