22 Avqust 2017 11:22
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Muxtariyyətinin başçısı Məsud Bərzani sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendumun təxirə salınmasının müzakirə mövzusu olmadığını bir daha bəyan edib.

Teleqraf.com xəbər verir ki, Bərzani referendumu kürd xalqının təbii haqqı adlandırıb.

O, referendumla bağlı ölkələrin verdiyi təpkilərə etirazını bildirib:

“Bəzi ölkələrin və xalqların “referendum zamanı deyil” açıqlamalarına həqiqətən təəccüblənirəm. Biz günah bir iş görmürük. Bu, demokratik və sülhpərvər bir yoldur. Təbii haqqımızdan istifadə edirik. Əslində, bir xalqın istəklərini əngəlləməyə çalışmaq günahdır. Referendumdan daha yaxşı bir alternativ varsa, buyursunlar”.


Müəllif: Səxavət