22 Avqust 2017 16:29
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Auqusto Massarini qəbul edib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

A.Massarini TAP layihəsinin İtaliya ərazisində tikintisi ilə bağlı görülən işlərin son vəziyyətinə dair nazirə məlumat verib.

Görüşdə Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən razılıq ifadə edilib. İki ölkə arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.


Müəllif: Səxavət