24 Avqust 2017 10:50
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

1980-ci illərin əvvəlləri idi, Ağdamın İmarət stadionunda “Qarabağ” klubunun Qubanın adını unutduğum klubu ilə oyununu izləyirdim.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Ağdamda adət var idi, qarşı tərəfin klubunun ən yaxşı oyunçusunu “mandraj”a salırdılar, top həmin oyunçuda olanda həmin futbolçunu fitə basırdılar: “Oyunçu çox zaman özünü itirirdi. Bu texnologiya hər zaman işləyirdi. O illərdə “Qarabağ” klubunun oyunçularının bir qismini şəxsən tanıyırdım, bibimgilə qonşu olanlar var idi. Həmin futbolçular günortalar işləyir, axşamlar məşq edirdilər. Əlbəttə, bu “Qarabağ” o “Qarabağ” deyil. Ancaq o “Qarabağ”ın indiki “Qarabağ” olmasında günortalar işləyib axşam məşq edənlərin də rolu az olmayıb. Kimisi döyüşlərdə həlak oldu, bir başqaları qaçqın həyatı yaşadı, xaricə köçənlər də oldu. İndiki oyunçular qarışıq hamısının qarşısında baş əyirəm! Yeri gəlmişkən, “Qarabağ” o zaman Qubanın komandası üzərində 5-0 hesabı ilə qələbə çaldı...”


Müəllif: Səxavət