10 Sentyabr 18:11
972

Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İslam dövlətləri qrupuna maraqlı təkliflə çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Nazarbayev İƏT-ə daxil olan qabaqcıl İslam ölkələrindən ibarət G-20 formatında yeni təşkilat yaratmaq təklifini irəli sürüb.

“İƏT-15 təşkilatının yaranması İslam ölkələrinin Qərblə yaxınlaşmasına kömək edəcək. Bunun üçün müntəzəm forumlar, görüşlər keçirmək lazımdır. Bizim Qərblə əməkdaşlığımız islam ölkələrinin inkişafına töhfə verəcək” – deyə Nursultan Nazarbayev qeyd edib.


Müəllif: Nərgiz