12 Sentyabr 11:35

Rusiya və Türkiyə arasında S-400 raket hücumundan müdafiə qurğularının alqı-satqısı ilə bağlı müqavilə imzalanıb. Yaxın vaxtlarda S-400-lərin çatdırılma prosesinə başlanacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə müavini Vladimir Kojin deyib.

Onun sözlərinə görə, S-400 raketlərinin hazırlanması çox çətin prosesdir:

“Ona görə də raketlərin çatdırılması müəyyən vaxt tələb edir”.

Kojin bəzi ölkələrin Türkiyəyə təzyiq göstərməsinə də münasibət bildirib:

“Bu müqavilə strateji cəhətdən hər iki ölkənin işinə yarayır. Türkiyəyə təzyiq göstərən Qərb ölkələrini başa düşürük”.

Qeyd edək ki, Qazaxıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da S-400-lərlə bağlı müqavilənin imzalandığını bildirmişdi.


Müəllif: Samir