12 Sentyabr 13:34
99

Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyassında nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avronest PA-nın иüro və Avropa Parlamentinin Xarici əlaqələr komitəsində Avronest PA-ya üzv ölkələri ilə birgə iclasda iştirak etmək üçün sentyabrın 12-dən 17-dək Fransanın Strasburq şəhərinə səfərə yollanacaq.

Teleqraf.com xəbər verir ki, büro iclasında Avronest PA-nın 6-ci plenar sessiyasının gündəliyi, qurumun prosedur qaydalarına dəyişikliklər və funksiyaları ilə bağlı müzakirələr aparılacaq.

Toplantıda eyni zamanda Avronest PA tərkibində assosiasiya sazişi imzalamış ölkələrin müvəqqəti işçi qrupu üzvlərinin təyin olunması, Şərq tərəfdaşlığı ölkələrində mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə baxılacaq.

Avropa Parlamentinin xarici əlaqələr komitəsinin Avronest PA-ya üzv ölkələrlə birgə iclasında 2017-ci ilin noyabrında keçiriləcək Şərq Tərəfdaşlığı sammiti ilə əlaqədar, Avropa İttifaqın Şurasına, Avropa İttifaqı Komissiyasına ünvanlanacaq tövsiyələrlə bağlı qətnamələr müzakirə olunacaq.

Millət vəkili müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.


Müəllif: Cavad