12 Sentyabr 16:39
1 324

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili mətbuat konfrası keçirib.

Teleqraf.com xəbər verir ki, konfransın görüntüləri Saakaşvilinin rəsmi Feysbuk hesabında canlı yayımlanıb.

O, Ukrayna Prezidenti Petro Poroşenkonu ölkə oliqarxları ilə əlbir olmaqda ittiham edib:

“Poroşenko oliqaraxlarla ölkəni talayır. Onlar demək olar ki, Ukraynanı bölüblər. Mənim həbsim Rusiya Prezidenti Vladimir Putinin tapşırığıdır. Poroşenko məni tutub, Gürcüstana təhvil vermək istəyir”.

Saakaşvili Nino Burcanadzeninin məhkəmədə ona qarşı ifadə verməsinə də münasibət bildirib:

“Burcanadze Krımın Rusiyaya aid olmasını deyənlərdən biridir. O, Ukrayna televiziyalarında rus fikirlərini səsləndirir. Ona inanmaq olmaz”.

Qeyd edək ki, Ukrayna Prezidenti Petro Poroşenko iyulun 26-da ABŞ-da səfərdə olan Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı qərar qəbul edib. Bundan sonra sabiq qubernator Ukraynaya qayıdacağını elan edib. Dünən axşam saatlarında Saakaşvili Ukraynadakı tərəfdarları ilə birlikdə ölkə sərhədini keçib. Bu zaman sərhədçilərlə Saakaşvili tərəfdarları arasında toqquşmalar baş verib. Olaylar nəticəsində azı 16 sərhədçi yaralanıb.

Bununla əlaqədar Ukrayna Daxili İşlər Nazirliyi Saakaşviliyə qarşı cinayət işinin başlandığını bildirib.


Müəllif: Samir