13 Sentyabr 00:35
582

Ağ Evin kommunikasiyalar üzrə direktoru postuna 28 yaşlı model təyin olunub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Entoni Skaramuççini keçmiş gənc model Houp Hiksin əvəz etdiyi açıqlanıb. ABŞ Prezidenti Donald Trampın qızı İvankanın şirkətində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışan Houp Hiks əvvəllər bir çox jurnalların üz qabığında çəkilib.

O, həmçinin Trampın seçki qərargahı və komandasında təmsil olunub. Fotomodel Houp Hiks 2015-ci ilin əvvəlində ABŞ prezidenti postuna öz namizədliyini irəli sürməyi planlaşdıran Trampın mətbuat katibi vəzifəsini də icra edib.

Qeyd edək ki, Ağ evin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin direktoru postuna təyin olunan Entoni Skaramuççi hələ rəsmən vəzifəyə başlamadan öncə Donald Tramp tərəfindən istefaya göndərilmişdi.


Müəllif: Nərgiz