13 Sentyabr 2017 21:14
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclası yaxın həftələrdə keçiriləcək.

Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Xəzərin hüquqi statusu haqqında Konvensiya üzrə müzakirələr son mərhələyə daxil olub: “Yaxın həftələrdə biz Xəzəryanı ölkələrin Xarici İşlər Nazirlərinin Şurasının növbəti iclasını keçirməyi nəzərdə tutmuşuq”.


Müəllif: Nərgiz