14 Sentyabr 2017 10:40
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Buenos-Ayresə səfər edən İsrailin Baş naziri Benyamin Netanyahu Argentina Prezidenti Maurisio Makri ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.

Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, o, açıqlamasında 5+1 qrupunun İranla bağladığı nüvə sazişindən və ölkəsinin bu barədəki mövqeyindən danışıb.

BMT Baş Assambleyasının növbəti toplantısına qatılmaq üçün Nyu Yorka səfəri və ABŞ Prezidenti Donald Trampla görüşü ərəfəsində jurnalistlərə danışan Netanyahu bildirib ki, İsrailin nüvə sazişi ilə bağlı əvvəlki mövqeyində hər hansı bir dəyişiklik edilməyib:

“Fürsətdən istifadə edərək, bu haqda öz mövqeyimizi açıq və şəffaf şəkildə bəyan edirəm. Qərbin İranla imzaladığı bu razılaşma pis sazişdir. Hesab edirik ki, bu saziş ya tamamilə ləğv edilməli, ya da ona düzəlişlər edilməlidir”.

Netanyahu Tel-Əvivin nüvə sazişində konkret hansı düzəlişlərin edilməsini istədiyini açıqlamasa da, adının çəkilməsini istəməyən İsrail rəsmisi jurnalistlərə bildirib ki, rəsmi Tel-Əviv sözü gedən sazişdə İranın nüvə proqramına qoyulan məhdudiyyətlərin müəyyən bir vaxtdan sonra aradan qaldırıla biləcəyindən narahatdır.


Müəllif: Samir