14 Sentyabr 15:07

“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Ukrayna Prezidenti Petro Poroşenkodan polisə və antikorrupsiya idarəsinə şikayət edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı “NyusVan” telekanalına müsahibəsində məlumat verib:

“Poroşenko Rusiyadan maye qaz alır və monopoliya vasitəsi ilə onu yüksək qiymətə Ukraynaya satır. Əlimdəki bütün sənədlərin sürətini polisə və antikorrupsiya idarəsinə təqdim edəcəyəm”.


Müəllif: Samir