16 Sentyabr 2017 14:27
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çili Respublikasının Prezidenti xanım Mişel Baçelet Xeriyaya təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, məkubda deyilir:

“Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı ikitərəfli münasibətlərin davamlı inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.


Müəllif: Teleqraf.com