16 Sentyabr 18:37

Mənim üçün ən önəmlisi sədaqətdir. İnsanlarda ən çox dəyər verdiyim cəhət onların verdiyi sözün üstündə durması, vədlərinə əməl etməsıdır.

Teleqraf.com-un xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın dövlət kanalına müsahibəsində deyib. O bildirib ki, sözübütöv olmaq insanda ən önəmli xüsusiyyətdir.

Söhbət əsnasında Rusiya rəhbəri həmkarı Almazbəy Atambayev haqda da danışıb. O bildirib ki, Atambayev etibarlı insandır: "Onunla nə iləsə bağlı razılığa gəlmək çətindir. Amma razılığa gəldinsə, o, sonadək sözünü tutacaq, öz tərəfindən nə mümkündürsə, edəcək. Mən insanlarda bu xüsusiyyəti çox qiymətləndirirəm".

Putinin fikrincə, məhz Atambayevin sayəsində Qırğızıstan daxili siyasi arenada avtoritetini qaldıra bilib.

Rusiya rəhbəri jurnalistin "Atambayevlə birgə kəşfiyyata gedərsizmi" sualını isə belə cavablayıb: "Mən artıq kəşfiyyatda işləmirəm. Biz Atambayevlə daha vacib işlə - dövlət işi ilə məşğuluq. Fikrimcə, işbirliyimiz yaxşı alınır".


Müəllif: Nahid