18 Sentyabr 2017 09:41
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Nyu Yorkda ABŞ dövlət katibi Reks Tillersonla görüşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutub.

45 dəqiqə davam edən görüşdə diplomatlar bir sıra siyasi məsələləri müzakirə ediblər.

Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova görüşlə bağlı məlumatları mətbuata açıqlayıb: “Nazirlər Suriya və Ukrayna böhranı, eləcə də BMT sülhməramlılarının Rusiya-Ukrayan sərhədinə göndərilməsi, Şimali Koreyanın raket sınağı, iki ölkə arasındakı fikir ayrılığı olan məsələləri müzakirə ediblər”.


Müəllif: Samir