18 Sentyabr 2017 18:23
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi “Əl-Cəzirə” telekanalına müsahibəsində İraq Kürdüstanında keçiriləcək müstəqillik referendumundan danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Qasımi sentyabrın 25-də İraq Kürdüstanında keçirilməsi nəzərdə tutulan müstəqillik referendumunu “İraqın sabitliyini pozan və onun təhlükəsizliyini təhdid edən strateji bir səhv” adlandırıb:

“Bu strateji səhv isə bölgədə hərc-mərcliyə səbəb olacaq. İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi həm də Orta Şərq ölkələrinin parçalanmasına gətirib çıxaracaq.

Referendumun keçirilməsində israr etmək İraqda cərəyan edən siyasi proseslərə ziddir və bu, ölkədə terrorizmə qarşı aparılan mübarizəyə zərbə vurur. Hesab edirik ki, İraq Kürdüstanı rəhbərlərinin müstəqillik referendumunun keçirilməsi ilə bağlı qəbul etdiyi tələsik qərar düşünülməmiş addımdır”.


Müəllif: Samir