19 Sentyabr 2017 15:51
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin (MM) komitə sədri Azərbaycanda SSRİ dövrünün heykəllərinin uçurdulub məhv edilməsinə etiraz edib.

APA-nın məlumatına görə, MM-in Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitənin sədr Rafael Hüseynov bildirib ki, keçmiş SSRİ liderlərinin heykəllərini yığıb bir yerdə saxlamaq lazım idi.

“Mən o vaxt da təklif etdim, amma eşidən olmadı. Onlar bizim tarixdir. Qəmli də olsa, tariximizdir. “26 Bakı komissarı”nın, XI Qızıl Ordunun şərəfinə ucaldılmış və digər abidələr heç olmasa yığılıb bir yerdə saxlanmalı idi. Yeni nəsilləri həmin heykəllərlə tanış etməliydik. Məsələn, XI Qızıl Ordunun əslində xilaskar olmadığını həmin heykəl əsasında anlatmalıydıq. Həmin abidələri saxlamaqla gələcək nəslə məlumatları çatdırmaq daha asan olardı. Təəssüf ki, heykəllər məhv edildi”, - deyə o bildirib.


Müəllif: Teleqraf.com