19 Sentyabr 2017 19:34
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi Partiyaların Məşvərət Məclisinin fəaliyyətinə son verdiyi haqda xəbərlər yayılıb.

Teleqraf.com-a daxil olan xəbərə görə, Məşvərət Məclisi sonuncu dəfə iyulun sonlarında toplanıb. Avqust-sentyabr ayları ərzində isə qurumun hər hansı iclası çağırılmayıb.

Siyasi Partiyaların Məşvərət Məclisində təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, yay mövsümü zamanı istirahət qərarı veriblər. Bu qərardan sonra qurumda təmsil olunan təşkilat sədrləri bir araya gəlməyib.

Əli Əliyev qeyd edib ki, Siyasi Partiyaların Məşvərət Məclisi fəaliyyətinə rəsmən xitam verməyib: “Seçki ilində sınaqdan çıxmış belə bir qurumun fəaliyyətini dayandırması ağlabatan görünmür”.

Mərkəz daxilində vahid mövqeyin olmadığı haqqında iddialara gəldikdə, Əli Əliyev bu halın təbii qarşılanmalı olduğunu bildirib: “Bu, nə partiyalar blokudur, nə də sərt münasibətlər sistemini nəzərdə tutan birlik. Bu, məşvərət xarakterli toplantılar keçirən formatdır”.


Müəllif: Cavad