20 Sentyabr 2017 11:20
2 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İraq Kürdüstanına 650 xüsusi təyinatlı əsgər göndərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əsgərlər xüsusi təyyarələrlə Ərbil şəhərinə gətirilib.

Məlumatlara görə, amerikalı xüsusi təyinatlılar Kərkük, Mahmur, Kəsik və Tuzhurmatu bölgələrində xidmət edəcək. Adı çəkilən bölgələr İraq Kürdüstanının lideri Məsud Bərzaninin nəzarətindədir.

Vaşinqtonun atdığı bu addım bir sıra Qərb dövləti tərəfindən narahatlıqla qarşılanıb. Onlar ABŞ-ın “Referendumu dəstəkləmirik” açıqlamasından sonra bölgəyə göndərdiyi əsgərlərinin əsas vəzifəsinin Bərzanini qorumaq olduğunu düşünürlər.

Bundan başqa, Ağ Evin nümayəndələrindən biri İraq Kürdüstanında keçiriləcək referendum qədər bölgədəki amerikalı əsgərlərin sayının 3 minə çatdırılacağını bildirib.


Müəllif: Samir