21 Sentyabr 2017 15:12
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq, İran və Türkiyə xarici işlər nazirləri BMT baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Nyu Yorkda bir araya gəliblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İbrahim əl-Cəfəri, Məhəmmədcavad Zərif və Mövlud Çavuşoğlu görüşün sonunda birgə bəyanatla çıxış ediblər.

Nazirlər İraq Kürdüstanını müstəqillik referendumu qərarından daşınmağa çağırıblar.

Bəyanatda İran və Türkiyənin İraqın ərazi bütövlüyünü dəstəklədiyi bildirilib.

Tərəflər çıxış yolu kimi Ərbil və Bağdadın danışıqlar masasına əyləşməsini göstrəriblər.


Müəllif: Samir