21 Sentyabr 2017 16:15
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin Rusiyadakı yeni səfiri Markus Ederer oktyabrln 1-də Moskvaya gələcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa Birliyinin Rusiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Sven-Olov Karlson deyib.

Qeyd olunub ki, Ederer diplomatik fəaliyyətinə 1988-ci ildən başlayıb. O, Avropa Birliyinin Çin və Monqolustandakı səfiri vəzifələrində çalışıb. 2002-2005-ci ildə isə Almaniya Federal Kəşfiyyat İdarəsinin əməkdaşı olub.


Müəllif: Samir