22 Sentyabr 2017 12:26
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında amerikalı həmkarı Donald Trampla görüşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan görüşdə müzakirə olunan məsələlərdən danışıb:

“Trampla FETÖ lideri Fətullah Gülənin ekstradisiyası, PYD terrorçularına silah verilməsi, Arakan müsəlmanlarının taleyi, Suriya və İraqdakı vəziyyət, Şimali İraqda keçirilməsi planlaşdırılan müstəqillik referendumu və İŞİD silahlıları ilə mübarizə məsələlərini müzakirə etdik”.


Müəllif: Samir