22 Sentyabr 2017 14:29
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində GUAM-Yaponiya Nazirlər Şurasının iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib.

İclasın yekunu olaraq, “GUAM-Yaponiya mətbuat açıqlaması” qəbul edilib. Mətbuat açıqlamasında tərəflər BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri bir daha təsdiq ediblər.

Həmçinin, tərəflər regional və beynəlxalq müstəvilərdə sülh, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədi daşıyan GUAM-Yaponiya əməkdaşlığının əhəmiyyətini vurğulayıblar və ticarət və sərmayə qoyuluşu, enerji, fövqəladə hallar, turizm, nəqliyyat, mədəniyyət, kənd təsərrüfatı, səhiyyə və ətraf mühit sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni layihələrin icrasının vacibliyini qeyd ediblər.


Müəllif: Səxavət