23 Sentyabr 2017 15:38
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Fələstinin xarici işlər naziri Riyad əl-Məliki ilə görüşüb.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Fələstin arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın Fələstin məsələsinə ayırdığı diqqət və humanitar dəstəyi, Azərbaycanda beynəlxalq təşkilatların Fələstin məsələsi üzrə keçirilən beynəlxalq tədbirlər yüksək qiymətləndirilib.

Nazirlər Yaxın Şərqdə mövcud vəziyyət, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında müzakirələr aparıblar.


Müəllif: Səxavət