25 Sentyabr 2017 10:29
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33 faiz səs toplayıb. Bununla da Merkel seçkilərdə qalib gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İkinci yerdə 20.5 faizlə Sosial-Demokrat, üçüncüdə isə 12.6 faizlə "Almaniya üçün" Alternativ Partiyası qərarlaşıb.

Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10.7 faiz), Sol Partiya (9.2 faiz) və Yaşıllar Partiyası (8.9 faiz) Bundestaqda təmsil olunacaqlar.

Nəticələr Merkel və Sosial-Demokratların lideri Martin Şults üçün gözlənilməz olub. 2013-cü ildəki seçkilərlə müqayisədə Merkel və Şults 15 faiz səs itiriblər.

2013-cü ildə Merkelin rəhbərlik etdiyi partiya 41.5, Sosial-Demokrat isə 25,7 faiz səs qazanmışdı.

Bu arada Almaniya Bundestaqının yeni tərkibində deputatların sayı 631-dən 709-a çatdırılıb.


Müəllif: Samir