25 Sentyabr 2017 15:02
1 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Referendum İraq Kürdüstanı çərçivəsində keçirilir. Bunun qonşu ölkələrlə əlaqəli bir proses olduğunu düşünülməsini istəmirik. Bağdaddan ümidimizi kəsdiyimiz üçün bu yolu seçdik. Kürdüstanda etdiyimiz Türkiyə üçün təhddid deyil. Türkiyənin bizi anlamasını gözləyirik. Referendumun keçirilməsi sentyabrın 26-da Kürdüstan dövlətini elan edəcəyimiz mənasına gəlmir”.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Şimali İraq Kürd Muxtariyyətinin baş naziri Neçirvan Bərzani çıxış edib.

“Referendumu sərhədləri təyin etmək üçün keçirmirik. Biz qonşu ölkələrə sabitlik üçün əyani element olduğumuz göstərdik. Bağdada mesajımız odur ki, bütün mövzularda dialoqa hazırıq. Kürdüstanda bu gün tarixi bir gündür. Kürd xalqı və Kürdüstanda yaşayan azlıqlar gələcəyini müəyyən edir”, - deyə, baş nazir bildirib.

Neçirvan Bərzani daha sonra qeyd edib ki, Türkiyə ilə əlaqələri hər zaman yaxşı olub, ən çətin dönəmlərdə Ankaradan kömək alıblar:

“Hörmətli prezident və bütün Türkiyə ilə əlaqələrimiz çox yüksək səviyyədədir. Türkiyə hər zaman yanımızda olub. Nə Türkiyə, nə də başqa bir dövlət üçün təhdid deyilik. Türkiyənin İraqla yaşadığımız problemləri nəzərə almalarını istəyirik”.

Baş nazir əlavə edib ki, son 2 ayda Türkiyəni ziyarət edib, bu prosesin Ankara üçün təhdid olmadığını izah etməyə çalışıb:

“Amma təəssüflər olsun ki, buna imkan vermədilər. Türkiyə rəsmiləri ilə telefon danışığımız davam edir. Biz əlaqələrimizin irəliyə getməsini istəyirik. Heç bir şeyin bu əlaqələrimizi pozmasını istəmirik. Nə Türkiyəni təhdid edirik, nə də onun daxili işlərinə qarışırıq. Bölgədə kürdlərin və Kürdüstanın Türkiyədən yaxşı bir dostu yoxdur”.

Muxtariyyətin baş naziri daha sonra əlavə edib ki, haqqını istəyən bir millət qarşısına problemlərin də çıxacağını yaxşı bilir:

“Ancaq bir təhdid ünsürü deyiliksə, ölkələrin barəmizdə bu cür düşünməsini anlamırıq. Bunun nəyi təhdiddir? Kürdüstan İraqla da məzmunlu dialoq istəyir. Sabah da İraqın bayrağını burada görəcəksiniz. Bu bayrağı endirməyəcəyik. Biz son 3 ili çox çətin keçirmişik. Dünyanın ən təhlükəli terror təşkilatı olan İŞİD-ə qarşı uzun illər vuruşmuşuq. Kürdüstan 1600 nəfərdən çox şəhid verib, 1,8 milyon qaçqın üçün sığınacaq olub. İraq Kürdüstanı ərazisindən kənar bölgələrlə bağlı İraqla dialoqa hazırıq. Biz iradəmizi kimsəyə yedirdə bilmərik. Nə ərəblərə, nə də türkmanlara. Kərkük kürd, türkman və ərəb şəhəridir və belə də qalacaq. Peşmərgə Kərkükü işğal etməyib, bu şəhəri İŞİD-dən qoruyub. Peşmərgə ərəbləri, türkmanları və bütün azlıqları müdafiə edib, bundan sonra da qardaşlarımızı qorumaq üçün Kərkükdə qalacaq”.

Qeyd edək ki, bu gün referendum başlayandan sonra İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani hər hansı bir açıqlama verməyib.


Müəllif: Cavad