25 Sentyabr 2017 16:11
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, liderlər telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq, İranın nüvə sazişinə əməl etməsi, Astanada keçirilən Suriya danışıqları, eləcə də Rusiya-İran-Azərbaycan formatında əməkdaşlığın problematikasını müzakirə ediblər.


Müəllif: Samir