25 Sentyabr 2017 17:56
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Zati-aliləri xanım Həlimə Yaquba təbrik məktubu unvanlayıb.

Teleqraf.com məktubun mətnini təqdim edir

"Hörmətli xanım Prezident,

Sinqapur Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sinqapur xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".


Müəllif: Teleqraf.com