11 Oktyabr 15:58

Avropa Şurası Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı təkliflər hazırlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, mexanizmdə həmçinin, Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına qayıdışı da nəzərdə tutulub.

Məlumatlara görə, buna səbəb Rusiyanın Avropa Şurasına üzvlük haqqı ödəməkdən imtina etməsidir.

Müəyyən çətinliklərlə qarşılaşan Avropa Şurası sanksiyaları ləğv etməklə bu vəziyyətdən çıxacağını düşünür.

Təkliflərin Avropa Şurasının növbəti iclasında müzakirəsi nəzərdə tutulub.


Müəllif: Samir