12 Oktyabr 2017 10:50
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:50

Bakıda Beynəlxalq Neft Sammiti öz işinə başlayıb.

Teleqraf.com-un məlumatına görə, sammit Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Argus” Beynəlxalq Qiymət Agentliyi tərəfindən təşkil edilib.

Sammit Xəzər regionunda əsas görüşlərdən biri sayılır və beynəlxalq neft, nəqliyyat, ticarət şirkətlərinin, habelə nazirliklərin 250-dən çox rəhbər şəxsini bir araya gətirib. Tədbirin iştirakçıları arasında energetika nazirinin müavini Natiq Abbasov, SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz yer alıb.

Tədbirin açılışında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan dünyada enerji resurslarının etibarlı tədarükçüsü kimi tanınır.

İki gün davam edəcək sammitin sessiyalarında "Xəzər regionunun neft məhsulları bazarı”, Xəzər regionunda neft ixracının perspektiv istiqamətləri”, “Xəzər regionu ölkələrində neft və neft məhsulları bazarlarının inkişaf dinamikası”, “Qitələrarası dəmiryol dəhlizləri – Xəzər regionunda yeni imkanları”, "Azərbaycanın nəqliyyat infrastrukturunun vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionunda neft emalı”, “Azərbaycanın kimya sənayesi: istehsal, daşıma, satış”, “Həmhüdud dövlətlərin neft-kimya bazarı”, “Xəzər regionunun qaz dəhlizlərinin inkişafı – Cənub Qaz Dəhlizi” və digər mövzularda müzakirələr aparılacaq.

***

Hazırda Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində 550 milyon tondan çox neft ehtiyatı var. Bu ehtiyatların artması ehtimalı var.

Bu barədə bu gün Bakı öz işinə başlayan Beynəlxalq Neft Sammitində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, "Şahdəniz-1" yatağından illik 9 milyard kubmetr təbii qaz hasil edilir. "Şahdəniz-2" yatağı istifadəyə verildikdən sonra əlavə 16 milyard kubmetr qaz çıxarılacaq. Bu həcmin 6 milyard kubmetri Türkiyə bazarına, 10 milyard kubmetri isə Avropa bazarına çatdırılacaq.


Müəllif: Teleqraf.com