12 Oktyabr 11:24

“Uzun müddətdir ki, AŞPA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Tvitter”də yazıb.

N.Məmmədov qeyd edib: "Belə təəssürat yaranır ki, AŞPA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmətini nümayiş etdirmək üçün çalışır.

Prezident köməkçisi bildirib ki, AŞPA-da oturanların bəziləri özlərini az qala inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər:

"Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? Əgər AŞ PA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?"


Müəllif: Teleqraf.com