12 Oktyabr 2017 11:39
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Milli Təhlükəsizlik naziri Kərim Məcimovun Vaşinqtona səfəri məxfi saxlanılır.

Teleqraf.com-un məlumatına görə, bu iddia ilə beynəlxalq müstəqil media çıxış edib.

Kərim Məcimovun oktyabrın 10-da dövlət katibi Reks Tillersonla görüşü barədə qısa xəbər ABŞ Dövlət Departamentinin Feysbuk səhifəsində yerləşdirilib. Qazaxıstan KİV bu haqda bir kəlmə də yazmayıb.

"Amerikanın səsi" radiosunun müxbiri Novbahar İmamova özünün Tvitter səhifəsində görüşdən çəkilmiş şəkli paylaşıb. Dövlət katibi ilə görüşdə regional təhlükəsizlik, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasında (TŞ) rolu (bu ölkə bu il TŞ-nin qeyri-daimi üzvü seçilib) və Suriya məsələsi müzakirə olunub.

Bəzi məlumatlara görə, Kərim Məcimovun ABŞ səfəri Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 2018-ci ilin əvvəlində Vaşinqtona planlaşdırılan səfərinə hazırlıq məqsədi daşıyır.

Nursultan Nazarbayevi bir müddət əvvəl telefon danışığı zamanı prezident Donald Tramp ABŞ-a dəvət edib.


Müəllif: Mahir