12 Oktyabr 2017 15:11
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynadakı vəziyyəti yaxşılaşdırmaq üçün Prezident Petro Poroşenkoya müraciət edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, müraciətində Poroşenkoya 4 tələb ünvanlayıb.

Bunlar korrupsiya ilə mübarizə, Ukraynada siyasi sistemin yenilənməsi, illik tariflərin artırılmasının qarşısının alınması və Poroşenkonun şəxsi biznesinin satılmasıdır.

Saakaşvilinin fikrincə, Ukrayna sosial-iqtisadi uçurumun astanasındadır:

“Əgər bu vəziyyət dəyişməsə, ölkə uçuruma yuvarlanacaq və suverenliyini itirəcək. Poroşenko ya bu tələbləri qəbul edəcək və Ukrayna xalqını anlayacaq, ya da istefa verəcək”.


Müəllif: Samir