13 Oktyabr 2017 09:14
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB keçmişdə çox faydalı idi. Nəzərə alın ki, vaxtilə bu formatda imzalanmış bir çox sənədlər indi də əhəmiyyətini qoruyub saxlaya bilib. Söhbət təqaüdlər, vizasız gediş-gəliş, azad ticari zona, təhsil, nəqliyyat, humanitar sahələrlə bağlı müqavilələrdən gedir. Biz bura dəmiryolu, hava və su məkanı ilə bağlı sahələrlə bağlı qəbul edilmiş qərarları da əlavə edə bilərik.

Bunu Teleqraf.com-a millət vəkili, politoloq Rasim Musabəyov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin Soçidə keçirilən sammiti və müzakirələri şərh edərkən deyib.

Politoloq qeyd edib ki, vaxtı ilə MDB-də təmsil olunan ölkələrin hava, su nəqliyyatı və digər sahələri vahid sistemdə olub:

“Təbii ki, SSRİ parçalandıqdan sonra hansısa formada bu əlaqələri saxlamaq qaçılmaz idi. Bu baxımdan MDB öz funksiyasını həyata keçirir. Üstəlik, bu qurumu heç kim immiqrasiya mexanizmi kimi görmür. Yəni bu qurumun belə bir rolu yoxdur”.

Rasim Musabəyov qeyd edib ki, son 5-10 ildə MDB formulunda qəbul edilən qərarların əksəriyyətini Azərbaycan ya imzalamır, ya da xüsusi çıxarışlarla imzalayır: “Çünki qəbul edilən bir çox qərar və ya sənədlərin bizim üçün əhəmiyyəti olmur. İkincisi, qurumda Ermənistanda təmsil olunur. Ona görə də, qəbul etdiyimiz qərarlarda qeyd edirik ki, bu anlaşma çərçivəsində bizim Ermənistanla heç bir əlaqəmiz olmayacaq”.

Rasim Musabəyov son zamanlar Moldovanın MDB-yə meyl etməsi haqda fikirləri real hesam etmir: “Moldova bu quruma maraq göstərmir. Sadəcə olaraq Moldova prezidentinin özünün bunda maraqları var”.


Müəllif: Cavad