12 Oktyabr 16:56
1 593

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Pərviz Oqtay oğlu Şahbazov energetika naziri vəzifəsinə təyin olunub.

Teleqraf.com yeni nazirin tərcümeyi-halını təqdim edir.

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Neft və Kimya İnstitutunda (indiki Neft və Sənaye Universiteti) təhsil alıb. 1988-1989-cu illərdə hərbi xidmət keçib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib vəzifəsində, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir, 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.

2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrın 6-dək Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Hal-hazırda da fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.

Yeni nazir ingilis, alman və rus dillərini bilir.

Ailəlidir, iki övladı var.

Pərviz Şahbazov Prezidentin İşlər müdiri Oqtay Şahbazovun oğludur.


Müəllif: Səxavət