13 Oktyabr 2017 12:37
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ikinci böyük şəhəri olan və ikinci paytaxtı sayılan Sankt-Peterburqun sərgi salonlarının birində Azərbaycana qarşı təxribat həyata keçirilməkdədir.

Teleqraf.com-un məlumatına görə, bu barədə Moskvada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov bildirib.

O qeyd edib ki, oktyabrın 12-dən 14-dək Sankt-Peterburqdakı “Lenekspo” sərgi kompleksində “INWETEX CİS Travel Market” adlı sərgi keçirilir. Yeri gəlmişkən, CİS (Commonwealth of Independent States) abreviaturası ingiliscədən tərcümədə MDB (Müstəqil Dövlətlər Birliyi) deməkdir. Sərgidə MDB ölkələrinin turizm imkanları nümayiş etdirilir.

Sərgidə “Artsakh” (internet saytı www.karabakh.travel) şirkəti də iştirak edir və bu sərgi vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərinə turist axınının cəlb olunması stimullaşdırılır.

F.Abbasov video-müraciət yayaraq hər bir azərbaycanlını qondarma rejimi təmsil edən şirkətin sərgidə iştirakına etiraz bildirməyə çağırıb.


Müəllif: Səxavət