13 Oktyabr 2017 13:01
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə görüşü keçiriləcək.

Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu barədə ilk məlumatı Ermənistanın hakim Respublika Partiyasının sədr müavini Armen Aşotyana istinadən erməni mediası yayıb.


Müəllif: Səxavət